Keyfiyyət, Sağlamlıq və Təhlükəsizlik

Keyfiyyət, Sağlamlıq və Təhlükəsizlik

 

 “DH Neft Servis Tikinti” QSC olaraq quyuların qazılması, əsaslı təmiri, yeraltı əməliyyatlar və tikinti sahəsində yüksək keyfiyyətli və təhlükəsiz xidmətlər göstərməyi öhdəmizə götürürük. Keyfiyyət siyasətimiz, müştərilərimizin ehtiyaclarını qarşılamaq və ISO 9001 standartlarına uyğun fəaliyyət göstərmək üçün bütün proseslərimizdə davamlı təkmilləşməni və peşəkarlığı təmin etməyə yönəlmişdir.                         

  • Müştəri Məmnuniyyəti: Müştəri məmnuniyyəti bizim əsas prioritetimizdir. Müştərilərimizin ehtiyaclarını anlayır, onların tələblərinə uyğun xidmətlər təqdim edir və davamlı olaraq geri bildirimləri əsasında təkmilləşmə aparırıq.
  • Davamlı Təkmilləşmə: Keyfiyyət menecment sistemimizi mütəmadi olaraq nəzərdən keçirir və təkmilləşdiririk. Davamlı təkmilləşmə mədəniyyətini bütün səviyyələrdə təşviq edərək, proseslərimizin səmərəliliyini artırmaq üçün yeni texnologiyaları və metodları tətbiq edirik.
  • Risk İdarəetməsi və Təhlükəsizlik: Fəaliyyətlərimizdə potensial riskləri müəyyən edir, qiymətləndirir və effektiv risk idarəetmə strategiyaları həyata keçiririk. 
  • Təlim və İnkişaf: İşçi heyətimizin peşəkar inkişafı üçün təlim proqramları təşkil edir və onların bilik və bacarıqlarını davamlı olaraq artırırıq. Yüksək ixtisaslı kadrlarımızla müştərilərimizə keyfiyyətli və peşəkar xidmətlər göstəririk.
  • Ətraf Mühitin Qorunması və Sosial Məsuliyyət: Ətraf mühitin qorunmasına və sosial məsuliyyətlərə xüsusi önəm veririk. Təbii resursların səmərəli istifadəsini təmin edir və ekoloji cəhətdən dayanıqlı həlləri tətbiq edirik. Cəmiyyətin rifahına töhfə vermək üçün müxtəlif sosial layihələrdə iştirak edirik. 
  • Sağlamlıq və Təhlükəsizlik: Fəaliyyət göstərdiyimiz hər bir sahədə işçilərimizin, podratçılarımız (subpodratçılarımız) və üçüncü şəxslərin işçilərinin sağlamlığını və təhlükəsizliyini qorumaq, onlar üçün təhlükəsiz əmək şəraiti yaratmaq əsas məqsədimizdir və bu məqsədlə hər zaman lazımi tədbirlər görülməkdədir. 
  • Tərəfdaşlarla Əməkdaşlıq və Etik Davranış: Təchizatçılarımız və tərəfdaşlarımızla güclü və etibarlı əməkdaşlıq əlaqələri qururuq. Bütün fəaliyyətlərimizdə etik dəyərlərə, şəffaflığa və dürüstlüyə sadiq qalırıq. Hər kəsə açıq və ədalətli yanaşırıq.
  • Performans və Keyfiyyət Nəzarəti: Keyfiyyət hədəflərimizə çatmaq üçün performans göstəricilərini izləyir, qiymətləndirir və uyğun düzəlişlər edirik. Məhsul və xidmətlərimizin keyfiyyətini təmin etmək üçün ciddi nəzarət və yoxlama prosedurlarını tətbiq edirik.
  • İnformasiya Təhlükəsizliyi: Müştərilərimizin və tərəfdaşlarımızın məlumatlarının məxfiliyini və təhlükəsizliyini təmin edirik. İnformasiya təhlükəsizliyi standartlarına riayət edərək, məlumatların qorunması üçün tədbirlər görürük.
  • Yüksək İdarəetmə Öhdəliyi: Şirkətimizin rəhbərliyi keyfiyyət siyasətinin həyata keçirilməsinə və davamlı inkişaf etdirilməsinə tam məsuliyyət daşıyır. Bu siyasətin effektivliyini təmin etmək üçün bütün lazımi resursları təmin edirik.