
Bahadır Boybeyi
Maliyyə, Satınalma və İnsan Resursları üzrə Direktor
Bahadır Boybeyi 1983-cü ildə İstanbulda anadan olub.
O, ODTÜ-də Siyasi Elmlər və Dövlət İdarəçiliyi üzrə bakalavr, Bilgi Universitetində Mühasibat Uçotu və Audit üzrə magistr təhsili alıb.
O, karyerasına 2006-cı ildə EY Türkiyənin Vergilər Departamentində başlayıb, daha sonra uzun müddət qida və telekommunikasiya sektorlarında çalışıb.
2023-cü ildən şirkətimizin Maliyyə Direktoru vəzifəsində çalışır.

Yusuf Eken
Keyfiyyət, Sağlamlıq, Təhlükəsizlik və Ətraf Mühit üzrə Direktor
Yusuf Eken 28 sentyabr 1982-ci ildə Türkiyənin İzmit şəhərində anadan olmuşdur.
İngiltərədə yerləşən IOSH (Institution of Occupational Safety and Health) təşkilatının lisenziyalı təlimçisi olmaqla yanaşı, NEBOSH tutoru kimi də fəaliyyət göstərir.
Yusuf Eken artıq 20 ildən çoxdur ki, HSE (Əməyin Mühafizəsi, Təhlükəsizlik və Ətraf Mühitin mühafizəsi) və keyfiyyət idarəetməsi sahəsində peşəkar fəaliyyət göstərir.
Azərbaycan, BƏƏ, İraq və Türkiyədə, TANAP da daxil olmaqla, beynəlxalq layihələrdə rəhbər vəzifələrdə çalışmış, həmçinin ISO 9001, ISO 14001 və ISO 45001 üzrə Lead Auditor kimi beynəlxalq təcrübə qazanmışdır.

Arif Ali Azun
Əməliyyatlar üzrə Direktor
Arif Əli Azun 1955-ci ilin iyul ayında Lüleburqazda anadan olmuşdur.
İstanbul Texniki Universitetinin (İTÜ) Neft Mühəndisliyi fakültəsini bitirmiş və ABŞ-da yerləşən USC universitetindən magistr dərəcəsi almışdır.
Təxminən 35 ildir ki, neft sənayesində, əsasən Azərbaycan, Gürcüstan, BƏƏ və Türkiyədə beynəlxalq layihələrdə çalışır.

Atayev Ramil Bayramoğlu
Hüquq və Uyğunluq üzrə Direktor
Atayev Ramil Bayram oğlu 22 aprel 1979-cu ildə Cəbrayıl rayonunun Şıxalıağalı kəndində anadan olmuşdur.
1996-2000-ci illərdə Azərbaycan İctimai-Siyasi Universitetinin Hüquq fakultəsində hüquqşünaslıq ixtisası üzrə, 2020-2024-cü illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının İnzibati idarəetmə fakültəsində menecment ixtisası üzrə təhsil almışdır.
Atayev Ramil Bayram oğlu 2002-ci ildən hüquqşünas kimi fəaliyyətə başlamışdır. O, korporativ hüquq və müqavilələrin idarə olunması sahəsində ixtisaslaşmışdır və bu sahədə 22 ildən çox iş təcrübəsinə malikdir.
Zamanla dövlət və bələdiyyə orqanlarında, neft və qaz sektorunda fəaliyyət göstərən şirkətlərdə hüquqşünas vəzifəsindən baş hüquqşünas, hüquq və müqavilələr üzrə menecer, baş direktorun hüquq və müqavilələr üzrə müavini, hüquq və uyğunluq üzrə direktor vəzifələrinə yüksəlmişdir.