İdarəçi Rəhbər

Seyidov Şahin Mir-Əziz oğlu

Seyidov Şahin Mir-Əziz oğlu

İdarəçi Rəhbər

Həyatı:

Seyidov Şahin Mir-Əziz oğlu 19 noyabr 1979-cu ildə İrəvanın Zəngibasar şəhərində anadan olmuşdur. 1996-2000-ci illərdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “Kimya-Texnologiya” fakultəsində təhsil almışdır.

Əmək fəaliyyəti:

Seyidov Şahin Mir-Əziz oğlu 2000-ci ildən neft və qaz sektorunda mühəndis kimi fəaliyyətə başlamışdır. O, qazma, geologiya, geofizika, quyuların əsaslı təmiri və tamamlanması sahələrində ixtisaslaşmışdır. Zamanla mühəndisdən rəhbər vəzifələrə yüksəlmiş, Azərbaycan, Türkiyə, Gürcüstan, Ukrayna, İraq, Banqladeş və Birləşmiş Ərəb Əmirlikləri kimi ölkələrdə beynəlxalq layihələrə rəhbərlik etmişdir.

...

Bahadır Boybeyi

Maliyyə, Satınalma və İnsan Resursları üzrə Direktor

Bahadır Boybeyi 1983-cü ildə İstanbulda anadan olub.

O, ODTÜ-də Siyasi Elmlər və Dövlət İdarəçiliyi üzrə bakalavr, Bilgi Universitetində Mühasibat Uçotu və Audit üzrə magistr təhsili alıb.

O, karyerasına 2006-cı ildə EY Türkiyənin Vergilər Departamentində başlayıb, daha sonra uzun müddət qida və telekommunikasiya sektorlarında çalışıb.

2023-cü ildən şirkətimizin Maliyyə Direktoru vəzifəsində çalışır.

Yusuf Eken

Yusuf Eken

Keyfiyyət, Sağlamlıq, Təhlükəsizlik və Ətraf Mühit üzrə Direktor

Yusuf Eken 28 sentyabr 1982-ci ildə Türkiyənin İzmit şəhərində anadan olmuşdur.

İngiltərədə yerləşən IOSH (Institution of Occupational Safety and Health) təşkilatının lisenziyalı təlimçisi olmaqla yanaşı, NEBOSH tutoru kimi də fəaliyyət göstərir.

Yusuf Eken artıq 20 ildən çoxdur ki, HSE (Əməyin Mühafizəsi, Təhlükəsizlik və Ətraf Mühitin mühafizəsi) və keyfiyyət idarəetməsi sahəsində peşəkar fəaliyyət göstərir.

Azərbaycan, BƏƏ, İraq və Türkiyədə, TANAP da daxil olmaqla, beynəlxalq layihələrdə rəhbər vəzifələrdə çalışmış, həmçinin ISO 9001, ISO 14001 və ISO 45001 üzrə Lead Auditor kimi beynəlxalq təcrübə qazanmışdır.

...

Arif Ali Azun

Əməliyyatlar üzrə Direktor

Arif Əli Azun 1955-ci ilin iyul ayında Lüleburqazda anadan olmuşdur.

İstanbul Texniki Universitetinin (İTÜ) Neft Mühəndisliyi fakültəsini bitirmiş və ABŞ-da yerləşən USC universitetindən magistr dərəcəsi almışdır.

Təxminən 35 ildir ki, neft sənayesində, əsasən Azərbaycan, Gürcüstan, BƏƏ və Türkiyədə beynəlxalq layihələrdə çalışır.

...

Atayev Ramil Bayramoğlu

Hüquq və Uyğunluq üzrə Direktor

Atayev Ramil Bayram oğlu 22 aprel 1979-cu ildə Cəbrayıl rayonunun Şıxalıağalı kəndində anadan olmuşdur.

1996-2000-ci illərdə Azərbaycan İctimai-Siyasi Universitetinin Hüquq fakultəsində hüquqşünaslıq ixtisası üzrə, 2020-2024-cü illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının İnzibati idarəetmə fakültəsində menecment ixtisası üzrə təhsil almışdır.

Atayev Ramil Bayram oğlu 2002-ci ildən hüquqşünas kimi fəaliyyətə başlamışdır. O, korporativ hüquq və müqavilələrin idarə olunması sahəsində ixtisaslaşmışdır və bu sahədə 22 ildən çox iş təcrübəsinə malikdir.

Zamanla dövlət və bələdiyyə orqanlarında, neft və qaz sektorunda fəaliyyət göstərən şirkətlərdə hüquqşünas vəzifəsindən baş hüquqşünas, hüquq və müqavilələr üzrə menecer, baş direktorun hüquq və müqavilələr üzrə müavini, hüquq və uyğunluq üzrə direktor vəzifələrinə yüksəlmişdir.