Etika və Uyğunluq: “DH NEFT SERVİS TİKİNTİ” QSC olaraq biznes fəaliyyətimizi korporativ etika və uyğunluq prinsipləri əsasında həyata keçiririk. Korporativ davranış və biznes etikası siyasəti daxili korporativ davranışın, müştərilərlə, işgüzar tərəfdaşlarla, dövlət orqanları və xarici auditoriya ilə qarşılıqlı fəaliyyətin əsas prinsipləridir.
Davranış Kodeksimiz Şirkətimizin işgüzar nüfuzu, siyasəti və rəhbər prinsiplərinə istinad edərək əməkdaşlarımıza, müştərilərimizə və bütün digər maraqlı tərəflərə yardım etmək üçün əsas resurs kimi çıxış edir.
Rüşvətxorluğa və korrupsiyaya qarşı mübarizə Siyasəti – rüşvətxorluğa və korrupsiyaya qarşı mübarizə problemlərinin həlli ilə bağlı vəzifələrimizi müəyyən edir və uyğun və qanuni olmayan davranış hallarından qaçmağa kömək edir.
Maarifləndirmə və Təlim Proqramları – Şirkətin əməkdaşlarının və podratçılarının dəyərlərimizi və prosedurlarımızı başa düşməsini, rüşvətxorluğa və korrupsiyaya qadağa qoyulmasını və bu cür pozuntu hallarında görülə biləcək qabaqlayıcı tədbirləri təmin etməyə kömək edəcək Uyğunluq üzrə təlim məşğələlərinin toplusu.
Təhlükəsizliyin yoxlanması və Kompleks qiymətləndirmə – Şirkətimiz hər bir vendorunun və təchizatçısının bizimlə birgə fəaliyyət müqaviləsi bağlamazdan əvvəl yoxlanılması və araşdırılmasına yönəlmiş prosedurlar və proseslər.
Monitorinq və Müşahidə – prosedurların yararlılığının yoxlanılması və onların tətbiqi zamanı ortaya çıxa biləcək çatışmazlıqların müəyyən edilməsi məqsədilə mütəmadi olaraq aparılan çoxsaylı Audit yoxlamaları və Araşdırmalar.