Könüllü Qanvermə Aksiyası

Könüllü Qanvermə Aksiyası

DH-NST ailəsi olaraq, cəmiyyətə dəyər qatmaq və ehtiyacı olan insanlara dəstək olmaq məqsədilə sosial məsuliyyət layihələrimizi davam etdiririk. Bu çərçivədə əməkdaşlarımızın fəal iştirakı ilə “Könüllü Qanvermə” aksiyası həyata keçirildi.

Əməkdaşlarımızın könüllü olaraq qatıldığı bu nəcib təşəbbüs, yalnız həyatları xilas etməklə kifayətlənmir, eyni zamanda insanlıq borcumuzun bir ifadəsi kimi dəyərləndirilir. DH-NST olaraq inanırıq ki, hər damla qan ümid, hər bir töhfə isə cəmiyyətimiz üçün böyük bir dəstəkdir.

Şirkətimiz, bundan sonra da sosial məsuliyyət sahəsində müxtəlif layihələr həyata keçirərək, həm işçilərimiz arasında həmrəyliyi gücləndirməyi, həm də cəmiyyətimizə fayda verməyi hədəfləyir.