Sosial Tərəfdaşlıqda Təltif Olunduq

Sosial Tərəfdaşlıqda Təltif Olunduq

“DH Neft Servis Tikinti” QSC 2023-cü ildə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən pensiya yaşına iki ildən az qalmış şəxslərin məşğulluğunun təmin olunmasına dəstək verən sahibkarlıq subyekti üzrə ən aktiv özəl sosial tərəfdaş seçilmişdir.

Şirkət, pensiya yaşına iki ildən az qalmış şəxslərin məşğulluğunun təmin olunmasına dəstək göstərdiyinə və 2023-cü il ərzində bu kateqoriyadan olan şəxslərlə ən çox əmək müqaviləsi bağladığına görə Nazirlik tərəfindən təltifnamə ilə mükafatlandırılmışdır. Təltifnamə şirkətin baş mühasibi Nizami Quliyevə təqdim edilmişdir.