Ağdam 160 Yerlik Uşaq Bağçası

Ağdam 160 Yerlik Uşaq Bağçası

“DH NEFT SERVİS TİKİNTİ” Qapalı Səhmdar Cəmiyyəti “Demirören Holding”in bir parçası olaraq şirkət prinsiplərinə və dəyərlərinə sadiq qalaraq fəaliyyət göstərdiyi 1 il ərzində bir çox sosial layihələr həyata keçirmişdir. 

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 2023-cü il ərzində pensiya yaşına iki ildən az qalmış şəxslərin məşğulluğunun təmin olunmasına dəstək verən və bu kateqoriyadan olan şəxslərlə ən çox əmək müqaviləsi bağlayan kiçik sahibkarlıq subyekti üzrə ən aktiv özəl sosial tərəfdaş olaraq şirkətimiz təltif edilmişdir. 

İşğaldan azad edilmiş Ağdam şəhərində 160 yerlik körpələr evi - uşaq bağçasının layihələndirilməsi həyata keçirilmiş və 15 fevral 2024-cü il tarixində tikinti işlərinə başlanılmışdır. Sponsoru olduğumuz layihə üzrə tikinti işlərinin oktyabr ayında tamamlanaraq Azərbaycan Respublikası Təhsil Nazirliyinə təhvil verilməsi planlaşdırılır.