Qalmaz və Qaradağ Yataqlarında Əsaslı Təmir İşləri (147 quyu)

Qalmaz və Qaradağ Yataqlarında Əsaslı Təmir İşləri (147 quyu)

Layihə məlumatları

  • Kateqoriya QAZMA IŞLƏRI
  • Tarix 25 may 2024

Qalmaz və Qaradağ Yataqlarında Əsaslı Təmir İşləri (147 quyu)

2023-cü ilin 7 noyabr tarixindən 2024-cü ilin 25 may tarixinədək Qalmaz yeraltı qaz anbarında 107 quyuda və Qaradağ yeraltı qaz anbarında 40 quyuda, ümumilikdə 147 quyuda əsaslı təmir və quyu bütövlüyü işləri beynəlxalq standartlar və müasir texnologilayar tətbiq edilməklə planlaşdırılan vaxtdan əvvəl və yüksək keyfiyyətlə icra olunmuşdur. 

Bütün işlər peşəkar işçi heyət tərəfindən eyni anda 14 əsaslı təmir qurğusu (Workover Rig) və 4 çevik boru qurğusu (Coiled Tubing Unit) vasitəsilə yüksək qaz vurma və qazçıxarma təzyiqləri altında uğurla tamamlanmışdır. 

Əməliyyatlara karotaj, testlər, təmizləmə, istismara yararsız nasos kompressor borularının yenisi ilə əvəz olunması, yeni və təkrar perforasiyalar, pakerlərin quraşdırılması, yeraltı və yerüstü təhlükəsizlik klapanlarının, siyirtmələrin, idarəetmə panellərinin və sistemlərinin quraşdırılması daxil olmuşdur.