Bu gün Azərbaycanda iqtisadiyyatında mühüm yer tutan neftçilərimizin- "Neftçilər günü" qeyd edilir
Sentyabrın 20-də Azərbaycan neft-qaz sənayesi işçilərinin peşə bayramı - "Neftçilər günü" 16 ildir ki, ardıcı olaraq ölkəmizdə qeyd edilir. "Bu tarixin "Əsrin müqaviləsi" ilə üst-üstə düşməsi təsadüfi deyil. Məhz bu müqavilə ölkənin neft-qaz sənayesinin dirçəlməsinə və Azərbaycanın gələcək rifahına və çiçəklənməsinə başlanğıc olub. Respublikanın enerji sektorunun inkişafı iqtisadiyyatın qeyri-neft sahəsinin fəal artımına gətirib çıxarıb.
1994-cü il sentyabrın 20-də Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yataqlar blokunun məhsullarının bölüşdürülməsi haqqında saziş imzalanıb. İndi Azərbaycan neft ixtacından əldə edilən vəsaitlər alıcısından, ölkə xaricində iqtisadiyyatın müxtəlif sahələrinə investisiyalar yatıran investora çevrilib. Neft gəlirləri ölkə qarşısında Gürcüstan, Türkiyə və digər ölkələrdə layihələrin həyata keçirilməsinə imkanlar açıb.
Bu imkanlarda neftçilərimizin rolu danılmaz faktdır və "DH NST" şirkəti olaraq onları səmimi qəlbdən təbrik edir, gələcək həyatlarda uğurlar arzu edirik.